Türkiyə Netanyahunu İnterpola verdi
Türkiyə İsrailin Baş naziri Binyamin Netanyahu barəsində beynəlxalq axtarış və həbs qərarının çıxarılması üçün İnterpola müraciət edib.
Crossmedia.az xəbər verir ki, Türkiyənin ədliyyə naziri Akın Gürlek bu barədə açıqlama verib.
Məlumata görə, müraciət beynəlxalq “Sumud” flotiliyasının fəallarına qarşı törədildiyi iddia olunan cinayətlərlə bağlıdır. Türkiyə tərəfi bu əməlləri soyqırım və insanlıq əleyhinə cinayətlər kimi qiymətləndirir.
Qeyd edək ki, “Sumud” flotiliyası Qəzza zolağına humanitar yardım çatdırmaq məqsədi daşıyan beynəlxalq təşəbbüslərdən biridir.
16:07 21.08.2026
Oxunuş sayı: 51