Rusiya Moldova sərhədində keçid məntəqəsinə zərbə endirib
Rusiya PUA-larının Ukraynanın Odessa vilayətinə hücumu nəticəsində Moldova sərhədində yerləşən “Tabaki” beynəlxalq avtomobil keçid məntəqəsinin binalarına ziyan dəyib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya PUA-ları Odessa vilayətinə hücum edib.
Zərbə nəticəsində Moldova ilə sərhəddə yerləşən “Tabaki” beynəlxalq avtomobil keçid məntəqəsinin inzibati və digər tikililərinin zədələndiyi bildirilir.
Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.
11:44 21.08.2026
Oxunuş sayı: 49