Bu prezident 73 gündən sonra ölkəsinə qayıtdı
Kamerun Prezidenti Pol Biya 73 gün davam edən xarici səfərdən sonra ölkəyə qayıdıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, Pol Biya bu müddət ərzində İsveçrənin Cenevrə şəhərində ailəsi və köməkçiləri ilə birlikdə olub.
Prezidentin uzun müddət ölkədə olmaması onun harada olduğu ilə bağlı müxtəlif suallar doğurmuşdu.
Pol Biyanın 73 günlük səfərdən sonra paytaxt Yaundeyə qayıtdığı bildirilib.
10:54 21.08.2026
Oxunuş sayı: 45