14:59 02.10.2026
Rusiya Ukraynaya 1000-dək raket, dron və bomba ilə zərbə planlaşdırır
64
Rusiya Ukraynanın enerji və su infrastrukturlarına qarşı genişmiqyaslı hücum kampaniyası hazırlaya bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə “The New York Times” Ukrayna tərəfinin ələ keçirdiyini bildirdiyi plana istinadən məlumat yayıb. Sənədə əsasən, mümkün hücumlarda 1000-dək raket, pilotsuz uçuş aparatı və aviabombadan istifadə nəzərdə tutulur.
Məlumata görə, planın ən təhlükəli hissələrindən biri Ukraynanın fəaliyyətdə olan atom elektrik stansiyalarını enerji sisteminə bağlayan paylayıcı yarımstansiyalara zərbələrin endirilməsidir. Məqsəd bu stansiyaların enerji şəbəkəsindən ayrılmasına nail olmaqdır.
Sənəddə həmçinin elektrik yarımstansiyalarının, su elektrik stansiyalarının, istilik elektrik stansiyalarının, qazanxanaların, nasos stansiyalarının və su təmizləyici obyektlərin hədəfə alına biləcəyi qeyd olunur.
Kiyev, Xarkov və Odessa mümkün hücumların əsas hədəfləri sırasında göstərilir. İddialara görə, məqsəd bu şəhərlərdə elektrik və istilik təchizatını ciddi şəkildə məhdudlaşdırmaqdır.
Rusiya tərəfi yayılan bu planla bağlı hələlik rəsmi təsdiq verməyib.