ABŞ İrana ardıcıl doqquzuncu gecə zərbələr endirib
ABŞ Silahlı Qüvvələri ardıcıl doqquzuncu gecə İran ərazisində hərbi obyektlərə zərbələr endirib. Eyni zamanda, İran İordaniyada yerləşən ABŞ qüvvələrinə qarşı raket hücumu həyata keçirdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu barədə məlumat yayıb.
Məlumata görə, zərbələr zamanı İranın hərbi komanda mərkəzləri, hava hücumundan müdafiə və sahil müşahidə obyektləri, hərbi-dəniz qüvvələrinin infrastrukturu, raket və pilotsuz uçuş aparatlarının buraxılış mövqeləri, eləcə də rabitə şəbəkələri hədəfə alınıb.
Bildirilib ki, gecə saatlarında Təbriz şəhərinə də zərbələr endirilib. İlkin məlumatlara əsasən, raket sınaq poliqonu vurulub. İran KİV-i isə ABŞ-nin yenidən Sistan və Bəlucistan əyalətində yerləşən Çabahar və Kənərək limanlarını hədəfə aldığını yazıb.
Məlumata görə, Təbriz, Çabahar, Kənərək, Məhşəhr və İmam Xomeyni şəhərlərində partlayışlar qeydə alınıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə cavab olaraq İordaniyada yerləşən ABŞ hərbi təyyarələrinə ballistik raketlərlə zərbə endirdiyini bildirib.
09:24 20.07.2026
Oxunuş sayı: 67