ABŞ və İran arasında qarşılıqlı zərbələr yenidən intensivləşib
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisinə növbəti silsilə zərbələr endirildiyini açıqlayıb. ABŞ tərəfinin iddiasına görə, hücumlar zamanı sahil müşahidə və hava hücumundan müdafiə obyektləri, Hərbi Dəniz Qüvvələrinə məxsus vasitələr, həmçinin raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı anbarlar vurulub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Buna cavab olaraq İranın Küveytdə yerləşən ABŞ hərbi bazalarına zərbələr endirdiyi bildirilir. Mehr agentliyinin yaydığı məlumata əsasən, hücumların əsas hədəfləri sursat anbarları və hava hücumundan müdafiə radar sistemləri olub.
11:20 19.07.2026
Oxunuş sayı: 76