İranın zərbəsindən sonra Küveytdə yanğın baş verib
Küveytdə elektrik stansiyası və su şirinləşdirmə qurğusunun yerləşdiyi kompleksdə İran Silahlı Qüvvələrinin zərbələri nəticəsində yanğın baş verib. Hadisə zamanı xəsarət alan olmayıb.
Crossmedia.az xəbər verir ki, Küveytin Elektrik Enerjisi, Su və Bərpa Olunan Enerji Mənbələri Nazirliyi bu barədə "X" sosial şəbəkəsində məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, hücumdan sonra kompleksin fəaliyyəti qismən məhdudlaşdırılıb.
Bildirilib ki, hadisə nəticəsində insan tələfatı və ya yaralanan olmayıb.
Hazırda fövqəladə xidmətlər hadisənin nəticələrinin aradan qaldırılması və obyektin fəaliyyətinin bərpası istiqamətində işləri davam etdirir.
12:41 18.07.2026
Oxunuş sayı: 50