İran ABŞ-nin Bəhreyn və Küveytdəki hərbi obyektlərinə zərbələr endirib
İran İslam İnqilabı Keşikçiləri Korpusu Bəhreyndə və Küveytdə yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Açıqlamaya görə, Bəhreyndə ABŞ hərbi təyyarələrinin yerləşdiyi Şeyx İsa aviabazası və kəşfiyyat məlumatlarının emalı mərkəzi hədəfə alınıb.
Bildirilib ki, İran hərbçiləri eyni zamanda Küveytdə Əl-Əhmədi limanındakı ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinin yanacaq doldurma körpüsünə, eləcə də ABŞ-nin rabitə və kommunikasiya mərkəzinə zərbələr endiriblər.
10:23 18.07.2026
Oxunuş sayı: 67