Hafiz Paşayev "CAMCA Forum 2026" mükafatı ilə təltif edilib
ADA Universitetinin rektoru Hafiz Paşayev CAMCA-nın ümumi gələcəyinə verdiyi əhəmiyyətli töhfəyə görə "CAMCA Forum 2026" mükafatına layiq görülüb.
Crossmedia.az xəbər verir ki, mükafatlandırma Bakıda keçirilən "CAMCA 2026" Regional Forumu çərçivəsində baş tutub.
Mükafat region ölkələrinin əməkdaşlığının inkişafına və ümumi gələcəyinə verilən uzunmüddətli töhfəyə görə təqdim edilib.
Mükafatı həmçinin Gürcüstanın BMT-dəki sabiq səfiri İrakli Alasaniya və Özbəkistan Ali Məclisi Senatı sədrinin birinci müavini, Özbəkistanın ABŞ-dəki sabiq səfiri Sadik Safayev alıblar.
17:48 02.10.2026
Oxunuş sayı: 43