Zelenski Rusiyadakı logistika və neft obyektlərinə zərbələri təsdiqləyib
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Moskva və Tambov vilayətlərində yerləşən logistika obyektlərinə, eləcə də neft emalı obyektinə zərbələr endirildiyini təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, Volodimir Zelenski bu barədə "Telegram" kanalında paylaşım edib.
Zelenskinin sözlərinə görə, zərbələr Rusiyanın Ukraynanın mülki infrastrukturuna, şəhərlərinə və icmalarına hücumlarına cavab olaraq həyata keçirilib.
O bildirib ki, cəbhə xəttindən 500 və 700 kilometrdən artıq məsafədə yerləşən Moskva və Tambov vilayətlərindəki iki iri logistika obyekti hədəfə alınıb. Prezidentin iddiasına görə, həmin obyektlər pilotsuz uçuş aparatlarının və naviqasiya avadanlıqlarının istehsalı üçün sanksiya tətbiq olunan komponentlərin daşınmasında istifadə olunurdu.
Zelenski əlavə edib ki, zərbələr nəticəsində Rusiyadakı bir neft emalı obyekti də vurulub.
15:14 18.07.2026
Oxunuş sayı: 57