Rusiya qüvvələri Kupyansk istiqamətində rəliləyir – İddia
Rusiya qüvvələrinin Ukraynanın Xarkov vilayətində Kupyansk-Uzlovoy istiqamətində irəlilədiyi iddia olunur.
Crossmedia.az xəbər verir ki, “İdi i smotri” teleqram kanalı bu barədə məlumat yayıb.
Məlumata görə, Rusiya hərbçiləri Kupyansk-Uzlovoy ərazisində hücum əməliyyatlarını davam etdirir. Kanal həmçinin Rusiya qüvvələrinin Kupyansk şəhərinin özündə də irəlilədiyini bildirib.
Qeyd edək ki, daha əvvəl Rusiya hərbçilərinin Xarkov vilayətində Qraçevka və Serdobino yaşayış məntəqələrinə nəzarəti ələ keçirdiyi barədə məlumat yayılmışdı.
Rusiya Prezidenti Vladimir Putin isə sentyabr ayında Ukraynadakı döyüşlər zonasında Rusiya qüvvələrinin 1301 kvadratkilometr əraziyə nəzarət etdiyini bildirmişdi.
18:22 02.10.2026
Oxunuş sayı: 38