16:31 20.11.2026
Mərkəzi Asiya ölkələrinin turizm təmsilçiləri Azərbaycanda tanışlıq səfərində olublar
128
Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə Türkmənistan, Tacikistan və Qırğızıstanın turizm sənayesi nümayəndələri üçün Azərbaycana 15-20 noyabr tarixlərini əhatə edən tanışlıq səfəri təşkil olunub.
Agentlikdən Crossmedia.az-a bildirilib ki, hər ölkədən 5 nəfər olmaqla, ümumilikdə 15 nümayəndənin qatıldığı səfərin məqsədi Azərbaycanın turizm potensialının tanıdılması, ölkənin turizm infrastrukturu, tarixi və mədəni irsi ilə tanışlıq, eləcə də Mərkəzi Asiya ölkələri ilə turizm sahəsində əməkdaşlığın genişləndirilməsi olub.
Bakı, Ağdam, Şuşa və Xankəndi şəhərlərini əhatə edən proqram üzrə iştirakçılara Azərbaycanın müxtəlif turizm istiqamətləri, Qarabağın tarixi və mədəni irsi təqdim olunub. Bakıda Dənizkənarı Milli Park, Azərbaycan Milli Xalça Muzeyi, İçərişəhər və Heydər Əliyev Mərkəzi kimi əsas turizm məkanlarına səfərlər təşkil edilib.