Avropa çempionatı: Belçika Bakıda Rumıniyanı məğlub edib
Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda daha bir oyun keçirilib.
Crossmedia.az-ın məlumatına görə, günün ilk matçında Belçika Rumıniyanı məğlub edib.
Milli Gimnastika Arenasında gerçəkləşən qarşılaşma 3:0 (25:21, 25:20, 25:17) hesabı ilə yekunlaşıb.
Saat 18:30-da isə Niderland yığması İspaniyanı sınağa çəkəcək.
Xatırladaq ki, C qrupunun oyunları Milli Gimnastika Arenasında avqustun 28-dək təşkil olunacaq.
17:32 25.08.2026
Oxunuş sayı: 47