AVRO-2026: Azərbaycan millisi bu gün Belçika ilə qarşılaşacaq
Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Bakıda təşkil olunan Avropa çempionatının C qrupunda bu gün Belçika ilə qarşılaşacaq.
Crossmedia.az-ın məluamtına görə, matç 18:30-da start götürəcək.
Qrupun digər oyununda, saat 15:30-da İspaniya və Portuqaliya yığmaları qarşılaşacaq.
Xatırladaq ki, C qrupunun oyunları Milli Gimnastika Arenasında avqustun 28-dək təşkil olunacaq. Faiq Qarayevin baş məşqçi olduğu Azərbaycan millisi 8 xalla üçüncü pillədə qərarlaşıb. Eyni xala malik Niderland birinci, Belçika isə ikincidir.
09:25 26.08.2026
Oxunuş sayı: 45