KXDR-in Azadlıq Günündə Putin mesaj göndərdi - Əməkdaşlıq zirvədədir
Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina KXDR-in Azadlıq Günü münasibətilə təbrik məktubu göndərib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Rusiya liderinin sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq hazırda tarixdə analoqu olmayan yüksəliş dövrünü yaşayır.
Putin bildirib ki, Rusiya və Şimali Koreya bütün istiqamətlər üzrə fəal əməkdaşlıq edir, regional təhlükəsizliyin və sabitliyin təmin olunması məqsədilə səylərini əlaqələndirirlər.
“Ölkələrimiz bütün sahələrdə fəal şəkildə əməkdaşlıq edir, regional təhlükəsizlik və sabitliyin təmin olunması üçün səylərini koordinasiya edir”, – deyə Putin qeyd edib.
12:40 15.08.2026
Oxunuş sayı: 46