Argentina Britaniyadan neft layihəsini dayandırmağı tələb etdi
Argentina Folklend adaları yaxınlığında həyata keçirilən “Sea Lion” neft layihəsinin dayandırılmasını tələb edib. Prezident Xavyer Miley Böyük Britaniyanı Argentinaya məxsus resursları qanunsuz istismar etməkdə ittiham edib.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
Miley layihənin dayandırılması üçün Böyük Britaniyaya iki həftə vaxt verildiyini bildirib.
Argentina tələbin yerinə yetirilməyəcəyi təqdirdə beynəlxalq hüquqi tədbirlərə əl atacağını açıqlayıb. Bu çərçivədə məsələnin Dəniz Hüququ üzrə Beynəlxalq Tribunalın müzakirəsinə çıxarılması da nəzərdən keçirilir.
21:33 29.09.2026
Oxunuş sayı: 38