Fransada məktəblilər etiraz etdi: 40 nəfər saxlanıldı
Fransada təhsil şəraitinin yaxşılaşdırılmasını tələb edən lisey şagirdləri etiraz aksiyaları keçirib. Polis müdaxiləsi zamanı 10 şagird və təhsil işçisi yaralanıb, 40 nəfər saxlanılıb.
Crossmedia.az xəbər verir ki, “Anadolu” bu barədə məlumat yayıb.
Etiraz aksiyaları səbəbindən 300-dən çox məktəbdə tədris prosesində fasilələr yaranıb.
Nümayişlər zamanı polis və etirazçılar arasında qarşıdurma yaşandığı, nəticədə şagirdlər və təhsil işçiləri arasında yaralananların olduğu bildirilib.
21:44 29.09.2026
Oxunuş sayı: 45