Çin alimləri hipersəs silahları üçün yeni yönləndirmə sistemi hazırlayıb
Çinli tədqiqatçılar hipersəs silahlarının ulduzlar vasitəsilə yönləndirilməsinə imkan verən yeni sistem hazırlayıblar.
Crossmedia.az xəbər verir ki, sistem GPS və “BeiDou” kimi peyk naviqasiya sistemlərinin sıradan çıxarıldığı və ya əlçatmaz olduğu şəraitdə də işləyə bilir.
Mütəxəssislərin hazırladığı texnologiyanın peyk siqnallarının bloklandığı şəraitdə hipersəs silahlarının naviqasiyasını təmin etmək məqsədi daşıdığı bildirilir.
13:28 12.08.2026
Oxunuş sayı: 40