Tatarıstanda dron hücumunda ölən Özbəkistan vətəndaşlarının sayı 8-ə çatıb
Tatarıstanda dron hücumu nəticəsində həlak olan Özbəkistan vətəndaşlarının cənazələri ölkəyə gətirilib.
Crossmedia.az xəbər verir ki, Özbəkistan Xarici İşlər Nazirliyinin məlumatına görə, hadisə nəticəsində ölən səkkiz Özbəkistan vətəndaşının cənazəsi xüsusi reyslə Özbəkistana aparılıb.
Bildirilib ki, bir neçə Özbəkistan vətəndaşı da yaralanıb və hazırda onlar tibbi yardım alırlar. Nazirlik hadisə ilə bağlı bütün məsələləri nəzarətdə saxladığını açıqlayıb.
Qeyd edək ki, avqustun 10-da Tatarıstana dron hücumu olub. Hücum nəticəsində 13 nəfər ölüb, 39 nəfər yaralanıb. Ölənlər arasında Özbəkistan və Tacikistan vətəndaşlarının olduğu bildirilir.
11:09 12.08.2026
Oxunuş sayı: 49