Azərbaycan təyyarəsinin qəzaya uğramasının Rusiya raket sistemi ilə bağlılığı təsdiqləndi

Azərbaycan təyyarəsinin qəzaya uğramasının Rusiya raket sistemi ilə bağlılığı təsdiqləndi
Azərbaycan rəsmiləri “Anadolu” agentliyinə “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin çərşənbə günü Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının Rusiya raket sistemi ilə bağlı olduğunu təsdiqləyiblər.
Crossmedia.az xəbər verir ki, ilkin araşdırmaların nəticələrinə görə, təyyarə Qroznı şəhərinə yaxınlaşarkən “Pantsir” zenit-raket kompleksi tərəfindən vurulub. Rusiya tərəfindən radioelektron mübarizə vasitələrinin tətbiqi nəticəsində təyyarənin rabitə sistemi tamamilə sıradan çıxıb. Bu səbəbdən təyyarə Rusiyanın hava məkanında radarların nəzarətindən çıxıb.
Daha sonra təyyarə Xəzər dənizi üzərində radar ekranlarında yenidən görünüb, lakin qəzanın qarşısını almaq mümkün olmayıb.
Qeyd edək ki, məqalənin dərc edildiyi ana qədər Rusiya tərəfindən rəsmi açıqlama verilməyib.
Gültac Mehdizadə
16:36 26.12.2024
Oxunuş sayı: 9303