Tramp Azərbaycanın strateji rolundan yazılan məqaləni paylaşıb
ABŞ Prezidenti Donald Tramp Azərbaycanın strateji əhəmiyyətindən bəhs edən məqaləni sosial şəbəkə hesabında paylaşıb.
Crossmedia.az xəbər verir ki, məqalədə ABŞ Konqresinin üzvü Darrell İssa (mənbədə Hamade kimi göstərilir) Azərbaycana son səfərindən və Prezident İlham Əliyevlə görüşündən bəhs edib.
Konqresmen Azərbaycanı ABŞ-ın etibarlı tərəfdaşı adlandıraraq, ölkənin enerji istehsalçısı, mühüm nəqliyyat qovşağı və regional təhlükəsizliyin vacib iştirakçısı kimi strateji rolunu vurğulayıb.

11:49 28.07.2026
Oxunuş sayı: 42