Çərkəz fəal: Azərbaycan Qafqaz xalqlarının ümidinə çevrilib
Almaniyada fəaliyyət göstərən "Azad Millətlər Liqası"nın Rəyasət Heyətinin üzvü, etnik çərkəz Rustam Xuajev Azərbaycanın bu gün Qafqaz xalqları üçün ümidə çevrildiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Xuajevin sözlərinə görə, Şuşada keçirilən konfrans Azərbaycanla sistemli əməkdaşlığın əsasını qoyub.
O qeyd edib ki, konfrans iştirakçıları Rusiya-Qafqaz müharibəsi zamanı çərkəz xalqına qarşı törədilmiş soyqırımın və onların zorla sürgün edilməsinin beynəlxalq səviyyədə tanınmasına nail olmağa çalışacaqlar.
Rustam Xuajev Azərbaycanın beynəlxalq nüfuzunu yüksək qiymətləndirərək, Azərbaycan və çərkəz xalqları arasında əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid etdiyini vurğulayıb.
11:45 28.07.2026
Oxunuş sayı: 47