Polşada ukraynalılar aksentlərinə görə döyülüb
Polşanın Vrotslav şəhərində üç yerli sakin ukraynalıları aksentlərinə görə döyüb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Politika Stranı" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, mağazada ukrayna aksentini eşidən üç polyak Ukrayna vətəndaşı və onun sevgilisinə hücum edib.
Hadisə nəticəsində hər iki zərərçəkənin beyin silkələnməsi şübhəsi yaranıb. Qızın boynuna tikiş qoyulduğu bildirilir.
Yayılan görüntülərdə iki nəfərin avtomobildən düşərək digər maşının yanında dayanan ukraynalıya hücum etdiyi, daha sonra üçüncü şəxsin də onlara qoşularaq kişini təpiklədiyi görünür. Zərbələrdən biri qızın üzünə dəyib.
Hadisədən sonra hücum edən şəxslər avtomobilə minərək hadisə yerindən uzaqlaşıblar.
16:24 27.07.2026
Oxunuş sayı: 50