Kanada ordusunu ABŞ-la mümkün münaqişəyə hazırlayır
Kanada mümkün gələcək münaqişələrə, o cümlədən ABŞ-la gərginliyə hazırlaşmaq məqsədilə orduda genişmiqyaslı yenidənqurma aparır.
Crossmedia.az xəbər verir ki, “The Globe and Mail” bu barədə məlumat yayıb.
Məlumata görə, əsas məqsəd ordunu mümkün “gələcəyin münaqişələrinə” hazırlamaq və Vaşinqtondan asılılığı azaltmaqdır.
Plan çərçivəsində Kanada ordusunun üç diviziyasının yenidən təşkili nəzərdə tutulur. Bu diviziyalar xaricdə döyüş əməliyyatlarının aparılması, ölkənin müdafiəsi və infrastrukturun dəstəklənməsi istiqamətlərinə fokuslanacaq.
Qeyd olunur ki, islahatlar “böyük dövlətlər arasında rəqabət” və iqlim dəyişiklikləri ilə bağlı yaranan yeni çağırışlara cavab məqsədi daşıyır.
19:26 10.09.2026
Oxunuş sayı: 37