Berlin AfD-nin hərbi sirlərə çıxışından narahatdır
Almaniya Müdafiə Nazirliyi “Almaniya üçün Alternativ” (AfD) partiyasının Saksoniya-Anhalt əyalətində hakimiyyətə gələcəyi təqdirdə məxfi hərbi planlara çıxışının məhdudlaşdırılmasını nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” bu barədə məlumat yayıb.
Söhbət Almaniya və NATO-nun müharibə və ya genişmiqyaslı böhran zamanı atacağı addımları təsvir edən təxminən 1 000 səhifəlik OPLAN adlı məxfi hərbi plandan gedir.
Məlumata görə, Almaniyanın müdafiə naziri Boris Pistorius AfD-nin rəhbərlik etdiyi əyalət hökumətinin məxfi hərbi məlumatlara çıxış əldə etməsinin qarşısını almaq istəyir.
Berlin həmçinin bu məlumatların potensial olaraq Rusiyaya ötürülməsindən narahatdır. Bu narahatlıq AfD ilə Moskva arasında əlaqələrə dair artan iddialar fonunda yaranıb.
19:13 10.09.2026
Oxunuş sayı: 39