Si Cinpin Putinlə ayrıca görüş keçirməyəcək
Çin Prezidenti Si Cinpin BRİKS sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə ayrıca ikitərəfli görüş keçirməyəcək.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, BRİKS-in Yeni Dehlidə keçiriləcək sammitində Putinlə Si Cinpin arasında ayrıca ikitərəfli görüş planlaşdırılmır.
Onun sözlərinə görə, liderlər sammitin kuluarlarında qısa söhbət edə bilərlər. Uşakov bunu “ayaqüstü görüş” kimi xarakterizə edib.
Putin və Si Cinpinin son görüşü avqustun 31-də Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının iclası çərçivəsində baş tutub.
Lakin həmin danışıqlarda “Sibir gücü-2” qaz kəməri layihəsi üzrə irəliləyiş əldə olunmayıb. Layihə vasitəsilə Çinə ildə 50 milyard kubmetrədək qaz nəqlinin həyata keçirilməsi nəzərdə tutulur.
“South China Morning Post”un vəziyyətlə tanış mənbələrə istinadən yazdığına görə, tərəflər qazın qiyməti ilə bağlı razılığa gələ bilməyib. Çin hər min kubmetr üçün təxminən 50 dollar, yaxud Rusiya sənaye istehlakçıları üçün tətbiq edilən 120-130 dollar civarında qiymətə ümid edir.
18:54 10.09.2026
Oxunuş sayı: 41