Londonda iki nəfər İran kəşfiyyatına yardım şübhəsi ilə saxlanılıb
Londonda 42 yaşlı qadın və 60 yaşlı kişi İran kəşfiyyatına yardım göstərməkdə şübhəli bilinərək saxlanılıb.
Crossmedia.az xəbər verir ki, “Sky News” bu barədə məlumat yayıb.
London polisi bildirib ki, şübhəlilər Böyük Britaniyanın Milli Təhlükəsizlik Qanununun mümkün pozuntularının araşdırılması çərçivəsində Londondakı ünvanlarda saxlanılıb.
Polisin məlumatına görə, araşdırma İran kəşfiyyat xidmətinə mümkün yardım göstərilməsi ilə bağlı aparılır.
18:50 10.09.2026
Oxunuş sayı: 37