Britaniyadan Ukraynaya dəstək mesajı gəldi
Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq Ukraynaya dəstəyin yalnız mənəvi baxımdan deyil, ölkəsinin milli maraqları və kollektiv təhlükəsizliyi baxımından da doğru olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq bu barədə açıqlama verib.
“Ukraynanı dəstəkləmək mənəvi baxımdan doğrudur, lakin bu, həm də milli maraqlarımıza, kollektiv təhlükəsizliyin və qitəmizin təhlükəsizliyinin maraqlarına cavab verir”, - deyə Stritinq bildirib.
20:01 10.09.2026
Oxunuş sayı: 38