Alisa Vaydel Bavariyadakı cinayət göstəricilərini açıqladı
“Almaniya üçün Alternativ” (AfD) partiyasının lideri Alisa Vaydel 2025-ci ildə Bavariyada suriyalıların cinayət törətməkdə şübhəli şəxs kimi almanlardan təxminən 17 dəfə, əfqanların isə təxminən 15 dəfə çox qeydə alındığını iddia edib.
Crossmedia.az xəbər verir ki, Alisa Vaydel bu barədə “X” hesabında paylaşım edib.
Vaydel bu göstəriciləri “tamamilə qəbuledilməz” adlandırıb və “kütləvi deportasiya” çağırışı edib.
Qeyd olunan rəqəmlər Vaydelin paylaşımında irəli sürdüyü iddialardır.
20:13 10.09.2026
Oxunuş sayı: 43