Ukrayna kəşfiyyatı: Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı təsirinə son qoydu
Ukrayna Xarici Kəşfiyyat Xidməti Azərbaycanın Rusiyanın Cənubi Qafqazdakı regional üstünlüyünə faktiki olaraq son qoyduğunu iddia edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin açıqlamasında bildirilib.
Məlumata görə, Bakı Rusiyanın Nikolayev vilayətində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yanacaqdoldurma məntəqəsinə endirdiyi zərbə ilə bağlı Moskvaya etiraz notası göndərib.
Azərbaycan tərəfi hadisənin hərtərəfli araşdırılmasını tələb edib və Rusiyanı mülki obyektlərin qorunması ilə bağlı beynəlxalq öhdəliklərə əməl etməyə çağırıb.
Ukrayna kəşfiyyatının məlumatına görə, daha sonra Azərbaycan Prezidenti ölkəsinin Avropa neft-qaz bazarında Rusiyanı tam əvəz etməyə hazır olduğunu açıqlayıb.
Xidmət hesab edir ki, bu addımlar Rusiyanın etibarlı enerji tərəfdaşı kimi mövqeyinin zəiflədiyini və Moskvanın əvvəllər sahib olduğunu düşündüyü Avropadakı təsir imkanlarının itirildiyini göstərir.
Qeyd edək ki, açıqlama Ukrayna Xarici Kəşfiyyat Xidmətinin mövqeyidir və tərəflərdən rəsmi əlavə şərh verilməyib.
12:52 27.07.2026
Oxunuş sayı: 52