Xəzər dənizində zəlzələ olub
Xəzər dənizində zəlzələ baş verib.
Bu barədə Crossmedia.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 03:04-də qeydə alınan zəlzələnin maqnitudası 3,2 olub.
Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.
09:05 26.07.2026
Oxunuş sayı: 51