NATO-nun içində casus şübhəsi ilə bağlı böyük araşdırma başlayıb
Belçikada NATO qərargahında çalışan stajçı casusluq şübhəsi ilə saxlanılıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Belçika prokurorluğunun məlumatına görə, şübhəlinin evində və iş yerində axtarışlar aparılıb.
Kanada vətəndaşı olan, Çin əsilli qadın üçüncü ölkənin xeyrinə casusluqda və cinayətkar təşkilatda üzvlükdə şübhəli bilinir.
Araşdırmanın detalları və şübhəlinin hansı ölkənin xeyrinə fəaliyyət göstərdiyi barədə əlavə məlumat verilməyib.
21:10 25.07.2026
Oxunuş sayı: 72