Azərbaycanda dəhşət: Uşağın illərlə zəncirləndiyi iddia olunur
Sosial şəbəkələrdə uşağın anası tərəfindən uzun müddət zəncirlənmiş vəziyyətdə saxlanılması ilə bağlı məlumat yayılıb.
Məlumatda uşağın illərlə bağlı saxlanılaraq normal qidalanmadan, təhsildən və sosial mühitdən məhrum edilməsi qeyd edilib.
Məsələ ilə bağlı Crossmedia.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, qeyd olunan məsələ ilə bağlı ərazi polis idarəsində araşdırma aparılır:
"Uşaq ilkin tibbi müayinədən keçirilməsi və sığınacaqla təmin olunması məqsədilə polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilib. Həmçinin ananın narkoloji və psixoloji vəziyyətinin qiymətləndirilməsi istiqamətində də müvafiq tədbirlər görülür. Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymətləndirmə aparılacaq".
Qeyd edək ki, yayılan məlumat sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Məhəbbət Tərlanoğlu
15:55 25.07.2026
Oxunuş sayı: 241