Rusiya-Azərbaycan pul köçürmələri məhdudlaşdırılıb
Rusiyadan Azərbaycana, Qazaxıstana və Gürcüstana ˝Zolotaya Korona˝ ödəniş sistemi vasitəsilə pul köçürmələri əlçatmaz olub.
Crossmedia.az xəbər verir ki, hazırda sistem üzərindən onlayn köçürmələr yalnız Qırğızıstan, Türkiyə və Özbəkistan istiqamətlərində mümkündür.
Azərbaycanın Unibank və Yelo banklarından bildirilib ki, banklar ˝Zolotaya Korona˝ sistemini dəstəkləsə də, xidmətin işində yaranan texniki problemlər səbəbindən Azərbaycandan Rusiyaya pul köçürmələri müvəqqəti olaraq mümkün deyil.
VTB Azərbaycan isə qeyd edib ki, bank bu ödəniş sistemi vasitəsilə ümumiyyətlə pul köçürmələri həyata keçirmir.
22:04 24.07.2026
Oxunuş sayı: 61