Milli Məclisin deputatı İranda səfərdədir
Milli Məclisin deputatı Ceyhun Məmmədov İran İslam Respublikasının Ərdəbil şəhərində səfərdədir.
Bu barədə Crossmedia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Xəbərə görə, deputat səfər çərçivəsində 25-26 iyul tarixlərində “Şeyx Səfiəddin Ərdəbilinin Xatirə günü” və “Ərdəbil Həftəsi” münasibətilə keçiriləcək tədbirlərdə və bir sıra görüşlərdə iştirak edəcək.
17:24 24.07.2026
Oxunuş sayı: 49