London İranın təhdidlərinə cavab verib
Böyük Britaniya İranın Kral Hərbi Hava Qüvvələrinin aviabazasına zərbə endirməklə bağlı hədələrindən sonra istənilən hücumu dəf etməyə hazır olduğunu bəyan edib.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Məlumata görə, London istənilən mümkün hücuma qarşı müdafiə tədbirlərinin tam hazır vəziyyətdə olduğunu bildirib.
Bundan əvvəl Böyük Britaniya Müdafiə Nazirliyinin nümayəndəsi, "Biz sutkanın 24 saatı özümüzü müdafiə etməyə hazırıq", – deyə açıqlama vermişdi.
17:08 24.07.2026
Oxunuş sayı: 55