London meri: Netanyahu gəlsə, həbs olunacaq
London meri Sadiq Xan İsrailin Baş naziri Benyamin Netanyahunun Böyük Britaniyaya səfər edəcəyi təqdirdə həbs olunacağını bildirib.
Crossmedia.az xəbər verir ki, "The Guardian" bu barədə məlumat yayıb.
Sadiq Xan deyib ki, Londonda soyqırımı törətməkdə ittiham olunan şəxslərə yer yoxdur.
"Soyqırımı törədənlər üçün Londonda yer yoxdur", – deyə London meri vurğulayıb.
Qeyd edək ki, Benyamin Netanyahu barəsində Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderi mövcuddur. Böyük Britaniya isə Məhkəmənin üzvü olan dövlətlər sırasındadır.
16:27 24.07.2026
Oxunuş sayı: 46