Paşinyan Mertslə Azərbaycanla bağlı mühüm danışıqlar aparıb
Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya kansleri Fridrix Mertslə telefon danışığı keçirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, tərəflər regiondakı vəziyyəti müzakirə edib və Ermənistanla Azərbaycan arasında sabit və uzunmüddətli sülhün təmin olunmasının vacibliyini vurğulayıblar.
Danışıq zamanı Ermənistan-Almaniya əməkdaşlığının inkişafı, həmçinin Ermənistanla Avropa İttifaqı arasında tərəfdaşlığın daha da dərinləşdirilməsi perspektivləri də müzakirə olunub.
19:47 22.07.2026
Oxunuş sayı: 56