Şuşada “Heydərbabaya salam” kompozisiyası nümayiş olunub
Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində “Sözün həsrəti – Heydərbabaya salam” adlı bədii-musiqili kompozisiya təqdim edilib.
Crossmedia.az xəbər verir ki, Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə baş tutan tədbir Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 120 illik yubileyinə həsr olunub. Kompozisiya Xan qızı Natəvanın evinin qarşısında nümayiş etdirilib.
Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, rejissoru Elnur Məmmədov olub. Tədbirdə tanınmış aktyorlar və musiqiçilər iştirak edib.
20:54 19.07.2026
Oxunuş sayı: 74