Paşinyan dağın, İlham Əliyev isə dünyanın zirvəsində
Xəbər verdiyimiz kimi, iyulun 13-də Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak etdi. Forumda Dövlət başçısı müxtəlif ölkələrdən gələn eləcə də yerli jurnalistlərlə görüşüb, onların suallarını cavabladı. Bu tarixi anlar baş verərkən Ermənistan baş naziri Nikol Paşinyan öz ölkəsinin dağlarına qalxmışdı. Dağlara səyahət edib, dincəlirdi.
Mən bu hadisəni belə qiymətləndirə bilərəm. Cənab İlham Əliyev dünyanın zirvəsində olarkən Paşinyan da zirvə qısqanclığı səbəbindən özünü dağlara atıb. Beləliklə o özünü zirvədə hiss edərək paxıllığına bir növ "çarə" tapıb. Bilmədiyi bir məqam var. O lap Himalay dağlarına gedib, Everest zirvəsinə qalxsa belə yenə də Prezident İlham Əliyevin məqamına yüksələ bilməz. Çünki Prezident İlham Əliyev Azərbaycan xalqının qəlbini fəth edib. O Şuşa və Qarabağ fatehidir. O dünyaya özünün və xalqının nəyə qadir olduğunu sübut edən liderdir.
Dünən də dövlət başçısı bir daha sübut etdi ki dünya üçün İlham Əliyev bir liderdir və ondan məsləhət almaq üçün digər ölkələrdən Azərbaycana, mədəniyyət paytaxtı Şuşaya gəlirlər. Fm radiosundan, torpaq iddialarına qədər ölkələri ilə bağlı sualları məhz xalqının başını uca etmiş liderdən soruşurlar. Paşinyan isə əlinə iki "çomaq" alıb dağları gəzir, videolar çəkib paylaşır. O özünü, dünya isə Azərbaycan prezidentini çəkir.
Bəli İlham Əliyev dünyanın zirvəsində jurnalistlərin əhatəsində səmimi söhbətlər edir, ciddi mesajlar göndərir. Paşinyan isə istirahət gününü dağda keçirir.
Bunlar hamısı bir nəticə çıxarmağa kifayət edir. Azərbaycan əmin əllərdədir. Xalqımız xoşbəxtdir ki, İlham Əliyev var və bizim prezidentimizdir. Və bütün bunları Azərbaycan üçün, Xalq üçün edib və edir.
Məhəbbət Tərlanoğlu
10:30 14.07.2026
Oxunuş sayı: 53