Azov dənizindəki hücumlardan sonra buğdanın qiyməti 4 faizdən çox bahalaşıb
Azov dənizində Rusiya gəmilərinə endirilən zərbələrdən sonra dünya bazarında buğdanın qiyməti 4 faizdən çox artıb.
Crossmedia.az xəbər verir ki, "Bloomberg" bu barədə məlumat yayıb.
Nəşrin yazdığına görə, bazar Rusiyanın tanker və quru yük gəmiləri də daxil olmaqla 28 gəmisinə edilən hücumların taxıl ixracında fasilələr yarada biləcəyi ehtimalına reaksiya verib.
Məlumata əsasən, Ukrayna son günlər ərzində ümumilikdə 76 gəminin vurulduğunu iddia edir. Hücumlardan sonra Azov dənizində əsas gəmiçilik marşrutlarında hərəkətin pozulmasının qiymət artımına təsir etdiyi bildirilir.
Eyni zamanda, Rusiyanın Odessa, Çornomorsk və İzmail limanlarının infrastrukturuna da zərbələr endirdiyi qeyd olunur. Həmin limanlar Ukraynanın əsas taxıl ixrac mərkəzləri hesab edilir.
Analitiklərin fikrincə, qarşılıqlı hücumlar qlobal taxıl tədarükündə fasilə riskini artırır və ərzaq qiymətlərinin daha da bahalaşmasına səbəb ola bilər.
16:13 11.07.2026
Oxunuş sayı: 59