Suriyanın DİN: Dəməşqdəki partlayışları İŞİD təşkil edib
Suriyanın Daxili İşlər Nazirliyi Dəməşqdə Fransa Prezidenti Emmanuel Makronun səfəri zamanı baş verən partlayışların İŞİD terror qruplaşması tərəfindən təşkil edildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, istintaq çərçivəsində qruplaşmanın üzvlərindən biri müşahidə kameralarının görüntüləri vasitəsilə müəyyən edilib. Daha sonra hüquq-mühafizə orqanları digər şübhəlilərin izinə düşüb.
Nazirliyin məlumatına əsasən, hadisə ilə bağlı araşdırmalar davam etdirilir və şübhəli şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.
14:02 10.07.2026
Oxunuş sayı: 48