İspaniyanın cənubunda meşə yanğınında azı 11 nəfər ölüb
İspaniyanın cənubundakı Almeriya əyalətində baş verən güclü meşə yanğını nəticəsində azı 11 nəfərin həyatını itirdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, yanğın geniş əraziyə yayılıb və bəzi qurbanların cəsədləri avtomobillərin içərisində aşkarlanıb.
Hadisə yerində yanğının söndürülməsi və ərazinin təhlükəsizliyinin təmin olunması üçün xilasetmə işləri davam etdirilir.
Yanğının səbəbi və ölən şəxslərin kimliyi ilə bağlı araşdırma aparılır.
14:06 10.07.2026
Oxunuş sayı: 49