Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini bərpa edib
Ər-Riyad hava limanı cümə axşamı baş verən iki hücumdan sonra normal fəaliyyətini bərpa edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Aviasiya İdarəsi məlumat yayıb.
Qurumun açıqlamasına görə, husilərin hücumları nəticəsində azı üç nəfər həlak olub. Hücumlardan birinin “Saudia” aviaşirkətinə məxsus təyyarəyə qarşı həyata keçirildiyi bildirilib.
Hava limanının hazırda adi rejimdə fəaliyyət göstərdiyi qeyd olunub.
19:05 09.10.2026
Oxunuş sayı: 62