Daha bir diaspor rəhbərimiz vətəndaşlıqdan məhrum edildi
Samara vilayətində Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimovun Rusiya vətəndaşlığı ləğv edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə "APA" agentliyi məlumat yayıb.
Məlumata görə, Rusiya vətəndaşlığının ləğvi barədə qərar Samara vilayətinin aidiyyəti qurumları tərəfindən qəbul edilib.
Bildirilib ki, Şirvan Kərimov vətəndaşlığının ləğv edilməsi ilə bağlı bildirişi aldığı zaman Azərbaycanda olub.
Qərarın səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib.
17:41 07.07.2026
Oxunuş sayı: 49