Tramp Azərbaycan-Ermənistan sülhündən danışdı: “32 il davam edən münaqişəni iki günə həll etdim”
ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişənin həllində öz rolunu bir daha vurğulayıb.
Crossmedia.az xəbər verir ki, Tramp Nyu-York ştatının Sirakuz şəhərində keçirilən mitinqdə çıxışı zamanı bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Vaşinqtonun vasitəçiliyi ilə əldə olunan razılaşmaya təəccüblənib. Report.az
“Azərbaycan və Ermənistan arasında 32 il davam edən münaqişəni iki günə həll etdim”, – Tramp deyib.
Onun sözlərinə görə, Putin ona münaqişəni 10 il ərzində həll etməyə çalışdığını, lakin buna nail ola bilmədiyini bildirib.
Tramp daha əvvəl də Azərbaycan və Ermənistan arasında sülh prosesində rolunu qeyd edib. 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sammit zamanı iki ölkə arasında sülh sazişi paraflanıb.
11:45 10.10.2026
Oxunuş sayı: 153