Generala yüksək vəzifə verildi - TƏYİNAT
Müdafiə Nazirliyində növbəti kadr təyinatı həyata keçirilib.
Crossmedia.az xəbər verir ki, Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi, general-leytenant Azər Əliyev Baş Qərargah rəisinin müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Azər Əliyev 2021-ci ildə müvafiq sərəncamla Hərbi Akademiya rəisinin tədris üzrə müavini vəzifəsindən azad edilərək Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi təyin olunmuşdu.("Bakupost")
15:18 07.07.2026
Oxunuş sayı: 70