İran XİN CENTCOM-un Bəhreyn toplantısına sərt reaksiya verib
İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Bəhreyndə keçirdiyi regional təhlükəsizlik toplantısına münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, Qəribabadi "X" hesabındakı paylaşımında bölgənin təhlükəsizliyinin ABŞ-nin hərbi iştirakı ilə təmin edilə bilməyəcəyini vurğulayıb.
"Hörmüz CENTCOM-un deyil, İranın komandanlığı altındadır. Bəhreyndə keçirilən hərbi görüşü Fars körfəzi üçün hüquqi nizam və təhlükəsizlik yarada bilməz. Regional təhlükəsizlik ABŞ-nin müdaxiləsinə və bölgədən çəkilməsinə son qoymaqla, ölkələrin suverenliyinə hörmətlə yanaşmaqla və ABŞ hərbi çətiri altında deyil, yeni geosiyasi reallıqları qəbul etməklə təmin ediləcək", - deyə Qəribabadi yazıb.
12:08 02.07.2026
Oxunuş sayı: 43