Britaniyada immiqrasiya qaydalarının dəyişdirilməsi gündəmə gəldi
Böyük Britaniyada Reform UK partiyasının lideri Naycel Faraj Əfqanıstan və Fələstindən immiqrasiyanın dayandırılmasını tələb edib.
Crossmedia.az xəbər verir ki, Naycel Faraj bu barədə açıqlama verib.
Faraj bildirib ki, hakimiyyətdə olduğu müddətdə Əfqanıstan və Fələstindən yeni immiqrantların qəbuluna yol verilməməlidir. O, partiyasının britaniyalı qadın və qızların təhlükəsizliyini prioritet elan edəcəyini deyib.
Faraj həmçinin Əfqanıstandan gələn gənc kişilərin zorlamaya görə məhkum edilmə ehtimalının İngiltərədə doğulan şəxslərlə müqayisədə 22 dəfə çox olduğunu iddia edib. Bu rəqəm daha əvvəl də Faraj tərəfindən səsləndirilib və “Sky News”un fakt-yoxlama təhlilinə görə, iddia olunan fərq bu qədər yüksək olmaya bilər.
20:53 01.10.2026
Oxunuş sayı: 41