CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: hakimiyyət

13:16 20.11.2026

Şərur Rayon İcra Hakimiyyətində Dövlət Proqramının icrası ilə əlaqədar görüş keçirilib

98

Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Şərur Rayon İcra Hakimiyyətinin inzibati binasında İcra Hakimiyyətinin başçısı Kamal Cəfərovun, Azərbaycan Respublikası Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 13-cü ərazi sektorunun müdiri Çingiz Əliyevin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Coğrafi İnformasiya Sistemləri və Layihələrin idarə edilməsi Mərkəzinin direktoru dövlət proqramının icrası ilə əlaqədar yaradılmış Topaq/suvarma qrupunun rəhbəri Firidun Tağıyevin, Dövlət Proqramı ilə bağlı Şərur Rayon İcra Hakimiyyətində yaradılmış Qərargah üzvlərinin, həmçinin təşəbbüskarların iştirakı ilə görüş keçirilib. Görüş zamanı Dövlət Proqramında qarşıya qoyulmuş vəzifələrin Şərur rayonunda icrası, rayonun aqrar potensialının genişləndirilməsi, müasir və intensiv kənd təsərrüfatı texnologiyalarının tətbiqi, istehsal həcminin və məhsuldarlığın artırılması, eləcə də kənd təsərrüfatının inkişafı üçün mövcud imkanlardan səmərəli istifadə məsələləri müzakirə olunub. Aqrar sahədə fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları problemlər, onların həlli yolları və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparılıb.

PREZİDENTİN GÜNDƏLİYİ

Son xəbərlər